Rusiya Yaponiyaya etiraz notası göndərdi

4 Oktyabr 2023 14:19

Rusiya Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Yaponiya və NATO ölkələrinin Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında hərbi fəaliyyət göstərməsi yolverilməzdir.

Milli.Az