55 yaşlı kişi intihar etdi

4 Oktyabr 2023 17:15

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

Milli.Az "report"a istinadən bildirir ki, Samux rayon Çobanabdallı kəndində 1968-ci il təvəllüdlü Natiq Abdullayev özünü asaraq intihar edib.

Hadisənin səbəbləri hələ məlum deyil. İntihar edən şəxsin psixoloji problemləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az