"Hayal Kahvesi Bakı"da "Top Model Azerbaijan 2023" top modellərin milli müsabiqəsinin finalı keçirilib.
Milli.Az xəbər verir ki, aparıcıları Tural Ələkbərov və Cəmilə Tağızadə olduğu gecənin qonaqları sırasında Şəhriyar Əbilov, İlqar Əliyev, Vilayət Əmirov, Gülyaz Məmmədova, Esmiralda Əliyeva, Luiza Matkazina, Araz Rafail, Nicat Ələkbərli, İsa Ələkbərov, Fərid Ağa, Ali Aşikar, Nuray Əmirova, Etimat, Fərid Əli, Barss, Kamal Qarabasma, Sahib Xudaverdiyev, Sahra, Asoundady, Dj Noor, Dj Davidov yer alıb. Onların iştirakı ilə konsert proqramı təqdim olunub.
Təşkilatçısı Əli Rzayevin olduğu yarış altı ay ərzində 36 qız və oğlanın iştirakı ilə keçirilib. İştirakçılar kastinq, seçmə mərhələ, açılış partisi və nəhayət final mərhələsindən keçiblər. Finalçıların xoreoqrafı Natiq Əliyevdir.
Müsabiqənin rəsmi www.topmodel.az saytında onlayn səsvermənin nəticələrinə, habelə münsiflər heyətinin üzvlərinin xallarına əsasən yekunda Güllü Əhmədova və Oruc Atayev qalib elan ediliblər.
Bununla yanaşı, final gecəsində digər nominasiyalar üzrə qaliblərin də adları bəlli olub.
First Runner Up 2023 - Avqustina Yelaqina
Second Runner Up 2023 - Aygün Nəsirova
Third runner up 2023 - Nuranə Məmmədova
Miss Catwalk 2023 - Aişə Əliyeva
Miss Face 2023 - Fatimə Hüseynova
Miss The Hayal Kahvesi Baku 2023 - Jalə Qutenko
First Runner Up 2023- Məmməd Məmmədli
Second Runner Up 2023 - Aleksandr Prikrostov
Third runner up 2023- Ramazan Həsənov
Mister Catwalk 2023 - Amil Məhərrəmov
Mister Face 2023 - Əli Tatayev
Mister Press 2023 - Elçin Abdullayev
Mister The Hayal Kahvesi Baku 2023 - Elmin Hacıyev
Foto/Video - "My Media Baku"
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az
Milli.Az