Fransanın hicablı idmançılara qadağa qoyması qadınların hüquq və azadlıqlarının pozulmasıdır.
Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş deyib.
"Fransanın hicablı idmançıların 2024-cü il Paris Olimpiya Oyunlarında iştirakına qadağa qoyması qadınların hüquq və azadlıqlarının qəbuledilməz pozulmasıdır. Əsas insan hüquqlarından biri olan din və vicdan azadlığının hamıya eyni dərəcədə şamil olunduğu bir dünya uğrunda mübarizəmizi heç vaxt dayandırmayacağıq" - deyə nazir qeyd edib.
Milli.Az