Cəlilabadda yol qəzası olub, ata və oğlu...

3 Oktyabr 2023 21:50

Cəlilabad rayonunun M.Hüseyn küçəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, minik avtomobilinin maneyə çırpılması nəticəsində rayon sakini, 1976-cı il təvəllüdlü Emin Abasov və oğlu, 1997-ci il təvəllüdlü Xalid Abasov müxtəlif xəsarətlər alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az