Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir

3 Oktyabr 2023 21:41

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava kəskin soyuyacaq.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, gün ərzində paytaxtda yağış yağacaq.

Oktyabrın 5-də havanın temperaturu digər günlərə nisbətən 4-5 dərəcə soyuq olacaq.

Gecə havanın temperaturunun 12-13 dərəcəyə düşəcəyi gözlənilir.

Oktyabrın 6-dan yağıntının kəsəcəyi və havanın 24 dərəcəyədək isinəcəyi gözlənilir.

Milli.Az