Ali məktəbə düzəltmək adı ilə dələduzluq edildi
18 May 2010 15:05
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Əli Məmmədov, Nəriman Kakayev və Adəm adlı şəxs Hafiz Ağamalıyevin etimadını qazanaraq külli miqdarda pulunu məinmsəyiblər.
Onlar H.Ağamalıyevin oğlunu ali məktəbə qəbul etdirəcəkləri adı ilə ondan 45 min manat pul alıblar. Sonradan aldadıldığını görən H.Ağamalıyev polisə müraciət edib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az