Günay Quluzadəyə yeni vəzifə verildi

3 Oktyabr 2023 17:14

DOST Agentliyi ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentində yeni təyinat baş tutub. 

Milli.Az manset.az-a istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, müvafiq əmrlə Günay Quluzadə DOST-un ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin mütəxəssisi təyin edilib. 

Qeyd edək ki, Günay Quluzadə bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və Respublika Klinik Xəstəxanasında direktor köməkçisi vəzifələridə çalışıb.

Milli.Az