Toy yasa döndü - Bəyi restoranda öldürdülər

3 Oktyabr 2023 16:50

Novosibirsk vilayətinin Koçenevski rayonunda toy zamanı bəy öldürülüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, məlumata görə, bəyin xoşuna gəlməyən kişi toya gələrək mətbəx bıçağı ilə ona xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı bir müddət sonra dünyasını dəyişib.

Məlumata görə, qətl sentyabrın 29-da baş verib. Bundan əvvəl kişilər arasında mübahisə yaranıb. Qətli törədən kişi barəsində noyabrın sonunadək həbs-qətimkan tədbiri seçilib.

Milli.Az