Masanın üstündə yatmaq üçün ofis yastığı yaradıldı

3 Oktyabr 2023 19:50

Yaponlar masanın üstündə yatmaq üçün ofis yastığı yaradıblar. Yumşaq yastıq insanı lazımi anda oyatmaq üçün vibrasiya ilə təchiz olunub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, istifadəçi rahatlığını nəzərə alaraq istənilən mövqeyi tapmaq üçün yastığın əyilmə bucağını da tənzimləmək mümkündür.

Qeyd edək ki, bu cür ofis yastığının qiyməti 60 ABŞ dollarıdır.

Milli.Az