Fizika üzrə Nobel Mükafatı laureatları açıqlandı - FOTO

3 Oktyabr 2023 16:43

İsveç Kral Elmlər Akademiyasının Fizika üzrə Nobel Komitəsi 2023-ci ildə bu sahədə "Nobel" mükafatını kimin qazandığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Nobel komitəsinin "X" hesabında məlumat verilib.

Bildirilir ki, mükafat Pyer Aqostiniyə (Ohayo Universiteti, ABŞ), Ferenç Krausa (Plank İnstitutu, Almaniya) və Anna L'Huilyeyə (Lund Universiteti, İsveç) təqdim edilib.

Onlar "maddədəki elektronların dinamikasını öyrənmək üçün nanosaniyəlik işıq impulslarını yaradan eksperimental üsullara görə" bu mükafata layiq görülüblər.

Milli.Az