Brilliant erməni modeldən yazdı: "Gör üstünə kim gəlir" - FOTO

4 Oktyabr 2023 02:20

Xalq artisti Brilliant Dadaşova "Gucci" brendinin reklam simalarından biri olan erməni model Armine Harutyunyanın "VoMa" terror təşkilatına qoşularaq Azərbaycana hücum edəcəkləri ilə bağlı açıqlamaya münasibət bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, B.Dadaşova "İnsatgram" hesabından paylaşım edərək bu sözləri yazıb:

"Qabaqlar Bakıda köhnə kişilər yaxşı deyirmişlər: Kül başına, Hitler, gör üstünə kim gəlir".

Milli.Az