25 yaşlı müğənni xərçəngdən vəfat etdi

3 Oktyabr 2023 21:19

Slovak opera müğənnisi, sopranoya (red. - ən zil müğənni səsi) malik Patritsiya Yaneçkova vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 25 yaşlı ifaçı ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin əvvəlində Patritsiyaya xərçəng diaqnoz qoyulub. O, bir müddətdən sonra səhnədəki çıxışlarını dayandırıb. 2023-cü ildə aktyor Vlastimil Burdu ilə ailə həyatı qurub.

Milli.Az