Kamilə Babayeva İTV-də

3 Oktyabr 2023 12:55

Aparıcı Kamilə Babayeva "İctimai TV"də işə başlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Dikdaban" proqramına aparıcılıq edəcək. K.Babayeva artıq ötən gündən efirə çıxır. 

Aparıcı uzun illər sonra yenidən canlı proqrama aparıcılıq etdiyini açıqlayıb.

Qeyd edək ki, K.Babayeva bundan əvvəl AzTV-də çalışıb. 

Xatırladaq ki, proqrama K.Babayeva ilə yanaşı Səma Abıyeva, Aysel Zahidqızı, İlahə Şıxlinskaya da aparıcılıq edir.

Milli.Az