Bu ölkəni tənqid edən əcnəbilərə qadağa qoyuldu

3 Oktyabr 2023 15:51

Qazaxıstanda ölkə haqqında mənfi fikir səsləndirən əcnəbilərin siyahısı tərtib edilir və nəticədə bu şəxslərin ölkəyə girişi qadağan edilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

"Sərhədlər bağlanır və bu şəxs ölkəyə daxil ola bilməyəcək", - deyə Smadiyarov mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu siyahı qapalı xarakter daşıyır, ona görə də siyahıya daxil edilənlərin adlarını çəkə bilməz. Nazir həmçinin sanksiyalara məruz qalan vətəndaşların sayını da açıqlamaqdan imtina edib.

Milli.Az