Tiktok ödənişli abunə sisteminə keçir - TƏZƏ XƏBƏR

2 Oktyabr 2023 23:42

Tiktok sosial şəbəkəsinin rəhbərliyi aylıq abunələri sınaqdan keçirməyə başlayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, premium giriş sınaq zamanı 4,99 dollara başa gələcək. Ödəniş edən istifadəçilər tiktok videolarına reklamsız baxa biləcəklər.

Abunəliyi olan istifadəçilərin başqa hansı üstünlükləri əldə edəcəyi isə hələlik açıqlanmayıb.

Milli.Az