Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu snayperlə vuruldu

2 Oktyabr 2023 22:19

Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayperlə vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, itki yoxdur.

Rusiya sülhməramlı kontingentinin komandanlığı və Azərbaycan tərəfi faktla bağlı araşdırma aparır.

Milli.Az