Ərzurumda Paşayevanın anım mərasimi keçiriləcək

2 Oktyabr 2023 21:08

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin (TDƏD) Ərzurum şöbəsi Şəhər və Mədəniyyət Araşdırmaları Dərnəyi ilə birlikdə mərhum millət vəkili Qənirə Paşayevanın anım mərasimini keçirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TDƏD-in Ərzurum şöbəsinin rəhbəri Murad Ərtaş məlumat verib.

Oktyabrın 7-də TDƏD-in şöbə mərkəzində keçiriləcək anım mərasimində Qənirə Paşayevanın həyat və yaradıcılığı, fəaliyyəti və şeirlərindən bəhs olunacaq.

Ərtaş anım mərasiminə Qənirə Paşayevanı sevən və əsərlərini oxuyan hər kəsi dəvət etdiklərini bildirib.

Milli.Az