Tacikistanda güclü zəlzələ oldu

2 Oktyabr 2023 20:22

Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 2,8 min insanın yaşadığı Karakenj şəhərindən 44 km cənub-şərqdə yerləşib.Zəlzələnin ocağı 15 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik ətraflı məlumat verilmir.

Milli.Az