Sağlam olmaq istəyirsiniz? - FOTO
15 May 2012 19:04
"Sağlam Nəsil" tibbi-maarifləndirici teleproqram 17 fevral 2012-ci il tarixindən etibarən ANS telekanalında yayımlanmaqdadır. Proqram müxtəlif rubrikalardan və sərbəst sujetlərdən ibarətdir. "Həkim", "Müalicə", "Uşaq səhhəti", "Gözəl olun-estetika", "Məhsul", "Türkəçarə" kimi rubrikalarda bir sıra aktual mövzulara toxunulur.
"Sağlam Nəsil" verilişinin əsas məqsədi tamaşaçıları sağlamlıq haqda maarifləndirmək, xəstəliklərlə bağlı məlumatlandırmaq, bir sıra səhhət problemlərindən çıxış yolu tapmağa kömək etməkdir.
Verilişinin aparıcıları Zaur Əliyev və Aynur Əbilovadır. Layihənin reallaşmasında Faiq Abasquliyev, Rahib Quliyev, Aygün Əliyeva və digər əməkdaşların da adını qeyd etmək lazımdır.
"Sağlam Nəsil" verilişi qısa zaman ərzində böyük tamaşaçı rəğbəti qazanmış və tanınmış klinikaların diqqət mərkəzinə çevrilmişdir. Hazırda verilişin baş sponsorları "Medical Plaza" klinikası və "Pendik Şifa" Bakı-İstanbul klinikasıdır. Təşkilati dəstəyə görə, "Elmed", "Nərgiz", "Vital" və digər klinikalara, həmçinin "İki bacı" gözəllik salonuna təşəkkür edirik.
Bizimlə əlaqə. Sizi maraqlandıran suallarınızı, təklif və rəylərinizi [email protected] elektron ünvanına yaza bilərsiniz. Bizi Facebook-da da tapmaq mümkündür. (facebook.com/SağlamNəsil)
Əgər Siz özünüzün və yaxınlarınızın sağlamlığına biganə deyilsinizsə, hər cümə günü saat 16:00-da ANS-də "Sağlam nəsil" verilişini izləməyi unutmayın!
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.