Ötən ay aşkarlanan minaların sayı açıqlandı

2 Oktyabr 2023 17:39

Ötən ay işğaldan azad edilmiş ərazilərdə 689 mina aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, 4 550,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az