Polislərin maaşları artacaq?

2 Oktyabr 2023 17:19

Polislərin maaşlarının artırılması üçün paket şəklində əlavənin verilməsi ilə bağlı qanuna dəyişiklik edilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Polis haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, polislərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmalıdır.

"Gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir", - deyə o, əlavə edib.

Milli.Az