Türkiyədə DİN binası qarşısında terror törədənin şəxsiyyəti müəyyənləşdi

2 Oktyabr 2023 14:52

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında terror aktını törədən iki terrorçudan birinin şəxsiyyəti müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

O qeyd edib ki, digər terrorçunun şəxsiyyətini müəyyənləşdirmə işləri davam edir.

Qeyd edək ki, Türkiyənin Ankara şəhərində yerləşən Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib. Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilib. Bir çox məntəqələrə gedən yol bağlanıb.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Milli.Az