Beyləqanda qəza baş verdi - FOTO

2 Oktyabr 2023 14:19

Beyləqanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Allahyarlı kəndində qeydə alınıb.

10-LM-206 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə 99-KY-244 dövlət qeydiyyat nişanlı "Opel" markalı minik avtomobili toqquşub.

Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az