Rusiyalı haker məqsədyönlü hücumla Britaniya kral ailəsinin rəsmi saytını sındırdığını iddia edib.
Milli.Az olay-a istinadən bildirir ki, Rusiyanın "KillNet" haker qrupunun lideri olduğu iddia edilən "KillMilk" adlı şəxs "Telegram"-dakı paylaşımında kral ailəsinin rəsmi saytına hücum etdiklərini bildirib.
Qrup saytın bağlanmasının "pedofillərə hücum" olduğunu vurğulayıb.
Britaniyanın "Mirror" qəzeti kral ailəsinin rəsmi saytı "royal.uk"-un təxminən 90 dəqiqə işləmədiyini və yalnız səhv mesajı göstərdiyini, lakin sonradan yenidən onlayn olduğunu bildirib.
Bukingem Sarayı hələ ki, internet saytına edilən hücumla bağlı açıqlama verməyib.
Milli.Az