Avropa Azərbaycan Məktəbində Anım Günü - FOTO

2 Oktyabr 2023 14:18

Ölkə ictimaiyyəti 27 Sentryabr tarixində Vətən Müharibəsi zamanı şücaətlə döyüşmüş və canlarında keçmiş şəhidlərin əziz xatirəsini yad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2 Dekabr 2020-ci il tarixli sərəncama əsasən hər il 27 sentyabr Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş "Anım Günü" kimi qeyd olunur.

Avropa Azərbaycan Məktəbi icması Anım Günü münasibətilə Vətən müharibəsi zamanı həlak olan şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir araya gəldi. Məktəb rəhbərliyi, pedaqoji heyət və şagirlərdən ibarət məktəb icması şəhidlərimizin uyuduğu II Fəxri Xiyabanı ziyarət etdilər.

Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq onların məzarı önünə əklil və gül dəstələri düzüldü və bir dəqiqəlik sükut nümayiş etdirildi. Şagirdlər əllərində Azərbaycan bayrağı tutaraq öz torpağı uğrunda qəhrəmanlıqla şəhid olmuş oğullarımızın məzarını ziyarət edərək onların ruhuna öz ehtiramlarını bildirdilər.  

AAM-nin ibtidai təhsil korpusunda şagird və məktəb heyəti şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər  və sonra Azərbaycan Respublikasını Dövlət Himni səsləndirildi. Daha sonra müəəlimlər şagirdlərə Anım Gününün mahiyyəti və mağzi, torpaqlarımızn bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının qəhrəmanlıqlarından bəhs edilər və təqdimat nümayiş etdirdilər.

AAM-nin orta məktəb korpusunda Anım Gününün üçüncü ildönümünə həsr olunmuş tədbir təşkil edildi. Tədbir şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başladı və ardınca Azərbaycan Respublikasını Dövlət Himni səsləndirildi.

AAM-nin direktoru Françesko Bankini Anım Gününün önəm və əhəmiyyətindən danışaraq Vətən mühariəsində həlak olmuş şəhidlərimizin yad edilməsinin vacibliyini qeyd etdi.

F. Bankini auditoriyaya müraciət edərək şəhidlərimizin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda  nümayiş etdirdiyi fədakarlıqdan bəhs etdi. O, bu qəhrəmanların əziz xatirəsinin hər bir Azərbaycan vətəndaşının qəlbində və şüurunda əbədi yaşayacağını və onların xatirəsinin həmişə yad edilməsinin vacibliyini vurğuladı.

I Qarabağ Müharibəsi Veteranı və AAM-nin Tarix müəllimi Bəylər Eminovun çıxışı dinləyiciləri dərindən təsirləndirdi. O, Qarabağ müharibəsi zamanı xalqımızın üzləşdiyi çətinliklərə işıq tutaraq iştirakçısı və şahidi olduğu  I Qarabağ müharibəsi haqqında yaşadığı anları bolüşdü, müharibənin xalqımızın taleyinə təsiri və millətimizin əzmkarlıqla düşmənə qarşı apardığı mübarizədən bəhs etdi. O, çıxışında Azərbaycan xalqının nümayiş etdirdiyi dözümlülük və vətənpərvərliyi ifadə etdi.

Bundan əlavə, AAM-nin müəllimi Aynur Tahirova 1988-ci ildən 2020-ci ilə qədər olan dövr ərzində  Qarabağ müharibəsinin tarixindən bəhs edən maarifləndirici təqdimatla çıxış etdi. O, 27 sentyabr 2020-ci il tarixində torpaqların işğaldan azad edilməsinə qədər baş verən xronoloji tarixi hadisələri vurğulayaraq, Anım Gününə gətirən tarixi yolu izləyicilərlə bölüşdü. Azərbaycan Ordusunun düşməni məğlub edərək torpaqlarımızdan qovub çıxartması, bu müqəddəs yolda şəhidlik zirvəsinə ucalan şücaətli oğullarımızın qərhımanlıqlarından bəhs edərək Anım Gününün keçirilməsinin məqsədi haqqında məlumat verildi.

Orta məktəb direktoru Linda Tompson çıxışında gəncləri müharibənin qurbanlarını və döyüşən cəsur insanları xatırlamağa çağırıb, onların mənəvi irsinin gələcək nəsillər üçün qorunub saxlanmasının vacibliyini vurğulayıb.

Bununla da  Zəfər tariximizin qazanılmasında misilsiz xidmətləri olan  şəhidlərimizin Anım Günününə ithaf olunmuş tədbir yekunlaşdı.

Şəhidlər yaddaşımızda əbədi yaşayacaqlar. Allah Şəhidlərimizə rəhmət eləsin!