Bekhemin 12 yaşlı qızı ilə paylaşımı müzakirələrə səbəb oldu - FOTO

2 Oktyabr 2023 13:40

Keçmiş futbolçu Devid Bekhem paylaşımı ilə müzakirələrə səbəb olub.

Milli.Az nypost-a istinadla bildirir ki, o, şəxsi Instagram hesabında 12 yaşlı qızı ilə videosunu paylaşıb.

Videoda qızı Harper ona makiyaj edib, sonda isə atasını dodağından öpüb. Görüntülər birmənalı qarşılanmayıb, futbolçu bu hərəkətinə görə kəskin tənqid edilib.

Qeyd edək ki, Devidin instaqramda 80 milyondan çox izləyicisi var.

İsmayıl
Milli.Az