Türk aktyor Ancelina Coli ilə eyni filmdə çəkiləcək

2 Oktyabr 2023 21:23

Türkiyəli aktyor Haluk Bilginer Hollivud ulduzu Ancelina Coli ilə tərəf müqabili olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikili "Maria" filmində rol alacaq. Haluk "Aristotel Onassis", Ancelina isə "Mariya Kallas" obrazlarına həyat verəcəklər.

Qeyd edək ki, film yunan əsilli Amerika opera müğənnisi, sopranoya (red. - ən zil müğənni səsi) malik Mariya Kallasın həyatından bəhs edəcək.

Milli.Az