Dik Advokat Rusiyada Qus Hiddinqdən 2 dəfə artıq qazanacaq

18 May 2010 14:58
Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, Futbol İttifaqının rəhbəri Sergey Fursenko yeni baş məşqçi ilə müqaviləyə imza atdıqları üçün özünü çox yüngül hiss etdiyini söyləyib.
Yeni müqavilə hollandiyalı mütəxəssisi də razı salıb. O, Rusiya millisinin 2012-ci ildə keçiriləcək Avropa çempionatına çıxmaq və orada uğurlu çıxış etmək iqtidarında olduğunu söyləyib: "Xüsusilə həmyerlim Qus Hiddinqin uğurlu fəaliyyətindən sonra Rusiya millisinə məni dəvət etdikləri üçün məmnunam".

Rusiya KİV-nin yazdığına görə, Advokat yeni işində Hiddinqdən 2 dəfə çox pul qazanacaq. "İzvestiya" qəzeti hollandiyalı mütəxəssisin illik qazancının təxminən 11 milyon avro olacağını xəbər verir.

Milli.Az