Arxeoloqlar 5000 illik şərab küpləri tapdılar

2 Oktyabr 2023 07:08

Misirin Sohaq əyalətində qazıntılar zamanı arxeoloqlar içərisində 5000 illik şərab qalıqları olan yüzlərlə küp aşkar ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə yerli "El Balad" portalı məlumat yayıb

Qeyd olunur ki, Misir, Almaniya və Avstriyadan olan arxeoloji missiya Umm Əl-Kəab bölgəsində yüzlərlə qapalı küp aşkar edib. Onların içərisində şərab qalıqları aşkar olunub.

Milli.Az