Sumqayıtda şadlıq sarayında dəhşət - Toy yasa döndü

1 Oktyabr 2023 21:28

Sumqayıtda kişi şadlıq evində dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Sevgilim" şadlıq sarayında baş verib. Toy məclisində qonaq kimi iştrak edən 76 yaşlı Nurəddin Şiraslan oğlu Havayarovun qəflətən halı pisləşib. Təcili tibbi yardım çağırılsa da N. Havayarovu xilas etmək mümkün olmayıb.

Ölümün səbəbləri məlum deyil.

Fakt araşdırılır.

Milli.Az