Yaponiyada 7 nəfəri ildırım vurdu

1 Oktyabr 2023 16:11

Yaponiyada ildırım vurması nəticəsində azı 7 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə Hokkaydo adasında yerləşən parkda qeydə alınıb.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.

Həmin vaxt parkda məktəb şagirdləri tədbir keçirirmiş.

Milli.Az