Müdafiə naziri Səfər Əbiyev yenidən Sabirabada getdi
18 May 2010 14:24
Nazir Müdafiə Nazirliyinin zabit və əsgərlərinin apardıqları sahil bərkitmə içləri tanış olub. Hazırda Müdafiə Nazirliyinin 1000-dən çox şəxsi heyəti Sabirabad, Saatlı, İmişli rayonları ərazisində yerləşən Sarısu gölü ətrafında sahil bərkitmə işlərinə cəlb olunublar.
Qeyd edək ki, Sarısu kəndində suyun səviyyəsinin qalxması nəticəsində ərazidə olan bir sıra kəndlər üçün təhlükəli vəziyyət yaranıb.