Şahramanyanın Bakıdan xahişi - Arutyunyanın gizləndiyi yer...

30 Sentyabr 2023 10:23

Qondarma rejimin "keçmiş rəhbərləri" sülhməramlıların bazasında ola bilər

Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında yazıb.

O bildirib ki, Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Xankəndidən kənarda olduqları ehtimal edilir.

"Erməni qatillərin həbsi davam edir: növbədə qondarma rejimin "keçmiş rəhbərləri" - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyandır; erməni mənbələr onların gizləndiyini yazır, ehtimal olunur ki, Xankəndidən kənardadırlar; sülhməramlıların bazasında olması da istisna edilməməlidir.

Samvel Şahramanyanın Bakıdan onların Ermənistana keçməsinə şəraitin yaradılması xahişini etdiyi, bu xahişin rədd edildiyi məlumatları da var. Azərbaycan kəşfiyyatının bu şəxslərin hərəkətlərini daim nəzarətdə saxladığı deyilir.

Xocalı qatillərinin, əli qana batmış olanların hamısının tezliklə Ruben Vardanyan kimi başıaşağı, Davit Manukyan kimi üzüdivara dayanacağını gözləyirik.

Bu, Azərbaycanın haqqıdır", - o qeyd edib.

Milli.Az