Abşeronda asılmış kişi meyiti tapıldı

29 Sentyabr 2023 21:15

Abşeronda 38 yaşlı kişi yaşadığı mənzildə özünü asıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Saray qəsəbəsində baş verib. 38 yaşlı Taleh Səfi oğlu Nəbiyev yaşadığı mənzilində özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. Fakt araşdırılır.

Milli.Az