ABŞ-yə yeni Baş Qərargah rəisi təyin olundu

29 Sentyabr 2023 21:08

General Çarlz Braun ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Paradlar, nitqlər, silahla salamlama, musiqi orkestrinin ifası olduğu və mükafatların təqdim olunduğu mərasim ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə Arlinqtondakı hərbi obyektdə keçirilir.

Milli.Az