İşçi qrupun üzvləri Xankəndiyə gedəcək

29 Sentyabr 2023 19:35

Qarabağda yaradılmış İşçi qrupun üzvləri oktyabrın 2-də Xankəndiyə səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

Onun sözlərinə görə, səfər təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədi daşıyır.

Milli.Az