Ukrayna vətəndaşları Rusiyaya vizasız səfər edəcək

29 Sentyabr 2023 18:27

Rusiya prezidenti Vladimir Putin Ukrayna vətəndaşlarının Rusiyaya giriş-çıxış qaydası barədə sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sərəncama əsasən, Ukrayna vətəndaşları daxili və ya xarici pasport, diplomatik və ya xidməti pasport əsasında Rusiya sərhədindən keçə bilərlər.

Qeyd olunub ki, uşaqlar üçün doğum haqqında şəhadətnamə və ya uşaq haqqında məlumatla birlikdə qanuni nümayəndənin pasportu tələb olunur.

Milli.Az