Fransalı məşhur futbolçu intihara cəhd etdi

29 Sentyabr 2023 15:22

Fransanın "Nitsa" klubunun futbolçusu Aleksis Beka Beka Nitsa şəhərindəki A8 avtoyolunun üzərində olan Manyan körpüsündə intihara cəhd edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, 22 yaşlı futbolçunun sevgilisindən ayrıldığı üçün intihar etdiyi deyilir. 

Məlumata görə, polis və digər fövqəladə qurumların əməkdaşları oyunçunu niyyətindən daşındırmağa çalışırlar.

Hadisə nəticəsində 5 kilometrlik tıxac yaranıb.

Milli.Az