Papikyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmədi

29 Sentyabr 2023 13:43

Ermənistanın müdafiə naziri Suren Papikyan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyanın Tula şəhərinə getməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib", - deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan deyib.

Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

Milli.Az