Tərkibində mikroplastik olan kosmetik vasitələr, parıltı, skrablar, bəzi oyuncaqlar və məişət kimyəvi maddələri Avropada qadağan edilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunlarla yanaşı, mikroplastiklərdən istifadə edilən idman meydançaları üçün örtüklər də qadağan olunub. Bu tədbirlər ətraf mühitə zərərli maddələrin atılmasının azalmasına səbəb olmalıdır.
Qeyd edək ki, mikroplastiklər orqanizmə çox mənfi təsir göstərən kiçik, həll olunmayan hissəciklərdir. Onlar xərçəngin inkişaf ehtimalını artırır. Həmçinin qanda və hətta ürəkdə yığılır.
Milli.Az