Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”

29 Sentyabr 2023 17:45

"ABŞ dövlət katibi Antoni Blinken ölkə Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında görüş imkanları barədə danışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Blinken bu görüşün baş tuta biləcəyini istisna etməyib. O bildirib ki, bu görüş nə vaxtsa gerçəkləşə bilər.

"Heç vaxt "heç vaxt" demə!", - deyə Antoni Blinken qeyd edib.

Milli.Az