"İki həftə əvvəlki görüşdə gördüm ki, Qənirə xanım sınıxıb"

29 Sentyabr 2023 11:08

Qənirə xanımla iki həftə öncə AZAL-ın dəvəti ilə görüşdə birgə iştirak etmişdik. Orda çıxış edəndə də gördüm ki, sınıxıb.

Milli.Az bakupost.az-a xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qənirə Paşayeva ilə vida mərasiminə qatılan deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, heç kim Qənirə Paşayevanın bizi belə tərk edəcəyinə inanmırdı:

"Bizə çox böyük acı yaşatdı. Dünya durduqca Azərbaycan xalqı onun xatirəsini yaşadacaq. Bu qalstuku da mənə o hədiyyə etmişdi. Ondan mənə xatirə qaldı. Allah məkanını cənnət eləsin".

Milli.Az