Bu ölkə nüvə silahı istehsalını artıracaq

29 Sentyabr 2023 14:35

"Şimali Koreya öz nüvə qüvvələrini modernləşdirməli və nüvə silahı istehsalını artırmalıdır".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In ölkənin Ali Xalq Məclisinin 9-cu sessiyasında çıxışı zamanı deyib.

Kim Çen In bildirib ki, Şimali Koreyaya qarşı nüvə müharibəsi təhlükəsi qarşısında çəkindirmə potensialının reallaşdırılması üçün nüvə silahı sahəsində səylər artırılmalıdır.

O, həmçinin qeyd edib ki, Pxenyan ABŞ və Qərbin hegemonluğuna qarşı çıxan ölkələrlə münasibətləri gücləndirməlidir.

Kim Çen Inın sözlərinə görə, Yaponiya, ABŞ və Cənubi Koreyanın hərbi ittifaqı NATO-nun Asiya versiyasıdır və müharibələrin səbəbkarıdır.

Milli.Az