AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyinat olub.
Milli.Az valyuta.az- a istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vəli Baxşəliyevin müstəqillik dövrü Naxçıvan arxeologiyasının yeni tapıntı və materiallarla zənginləşdirilməsində, bir sıra tarixi faktların dövrünün dəqiqləşdirilməsində bir sıra xidmətləri olub. O, bir neçə ildir ki, Azərbaycan-ABŞ və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyalarının Azərbaycan üzrə rəhbəri, həmçinin AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyasının rəhbəri idi.
V.Baxşəliyev 30-u kitab və monoqrafiya olmaqla, 300-dən artıq elmi əsərin müəllifidir. Yeni təyinata qədər alim Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.
Milli.Az