"Frankenşteyn"in aktrisası vəfat etdi

29 Sentyabr 2023 07:45

"Axmaq və daha axmaq" filmindəki rolu ilə yadda qalan məşhur amerikalı aktrisa Sandra Dorsi vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 83 yaşında dünyasını dəyişib. Aktrisaya ölümündən dörd həftə əvvəl mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Sandra "Qrizzli", "Onlar ora və bura getdilər", "Hazzard hersoqları", "Keçmiş şöhrət", "Frankenşteyn", "Mələklər şəhəri" kimi məşhur film və seriallarda rol alıb.

Milli.Az