Paşinyana sui-qəsdə çağıran siyasi fəal saxlanıldı

28 Sentyabr 2023 17:49

Ermənistanda baş nazirin Nikol Paşinyanın qəsdinə çağıran "Milli Demokratik Qütb" siyasi hərəkatın nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, zorakılığa çağırışa görə Şuşanyana qarşı cinayət işi qaldırılıb.

Milli.Az