Dərsliklərdəki səhvlərlə bağlı rəsmi açıqlama

28 Sentyabr 2023 13:32

Dərsliklərdə texniki səhvlərlə bağlı çox narazılıqlar var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Elm və Təhsil Nazirliynin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Şöbə müdiri bildirib ki, əgər dərslikdə çapdan sonra nöqsan aşkarlanarsa, onun elektron versiyasında düzəliş olunur:

"Oxucular Tədris Resurslarının İdarə Olunması portalında dərsliyin yeni versiyasından faydalana bilərlər".

Milli.Az