Bu mövsüm ilk dəfə məğlub oldu - FOTO

28 Sentyabr 2023 07:23

"Mançester Siti" klubu bu mövsüm ilk dəfə məğlubiyyətlə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə Liqa Kubokunda "Nyukasl"la qarşılaşan "Şəhərlilər" meydanı məğlub tərk ediblər.

Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, Quardiolanın yetirmələri bu mövsüm ümumilikdə 6 oyunda qələbə qazanıblar.

Milli.Az