Fransanın dövlət katibi istefa verdi

28 Sentyabr 2023 00:58

Fransanın vətəndaşlıq məsələləri üzrə dövlət katibi Sonya Bekes bazar günü Senata (parlamentin yuxarı palatası) keçirilən seçkilərdə uduzduqdan sonra istefa verib və respublika prezidenti Emmanuel Makron onun istefasını qəbul edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

"Respublika Prezidenti vətəndaşlıq məsələləri üzrə dövlət katibi Sonya Bekesin istefasını qaydalara uyğun olaraq qəbul edib", - deyə açıqlamada qeyd olunur.

Milli.Az